4 ayda 13 mindən çox şəxsə proaktiv yaşa görə pensiya təyin edilib
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 13 348 şəxsə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub.
"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.
Məlumata görə, onların 60,5 %-ni kişilər, 39,5 %-ni isə qadınlar təşkil edib.








