Faiq Səfərovun yeni kitabı işıq üzü görüb

Faiq Səfərovun yeni kitabı işıq üzü görüb

09 Noyabr 2025

Müharibə veteranı, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə rəisi, baş ədliyyə müşaviri,  Prokurorluğun fəxri işçisi Faiq Səfərovun Tarixi Zəfərimizin 5 illiyi münasibəti ilə  "Ədalətin təntənəsi" adlı kitabı işıq üzü görüb. 

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, kitabda cəmiyyətin inkişafının müxtəlif mərhələlərində yaşayaraq fəaliyyət göstərmiş filosoflar, hüquqşünaslar, sosioloqlar və müxtəlif sahələrdə fəaliyyət göstərən elm, incəsənət xadimləri, o cümlədən dinşünas alimlər, həmçinin dövlət xadimlərinin fikirlərinə əsaslanmaqla “ədalət” anlayışına müxtəlif aspektlərdən yanaşılaraq, onun mahiyyəti, forma və məzmunu, dövlətin və cəmiyyətin, habelə ayrı-ayrı şəxslərin həyatında rolu danılmaz faktlarla geniş ictimaiyyətə çatdırılır. Azərbaycanın Vətən müharibəsindəki möhtəşəm qələbəsi haqq-ədalətin təsdiqi kimi diqqətə çatdırılır. 

Kitabdan hüquq təhsili verən ali məktəb tələbələri, magistrları, aspirantlar, doktorantlar, hüquq-mühafizə orqanlarının əməkdaşları, habelə geniş ictimaiyyət nümayəndələri faydalana biləcəklər. 

"Kitabı ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş Vətən oğullarının, o cümlədən Bizim Taborun (“Naxçıvan

batalyonu”) Şəhidlərinin əziz xatirəsinə ithaf edirəm",-deyə Faiq Səfərov vurğulayıb.