
Heyvanlar üçün bioloji preparatlar istehsal edən obyektlərin qeydiyyat xərcləri ləğv edilib
Heyvanlar üçün bioloji preparatlar istehsal edən obyektlərin qeydiyyat xərcləri ləğv edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Prezident İlham Əliyev bununla bağlı “Lisenziyalar və icazələr haqqında” qanunda dəyişikliyi təsdiqləyib.
Belə ki, baytarlıq preparatlarının istehsalı fəaliyyəti "Lisenziyalar və icazələr haqqında" qanuna əsasən lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısına daxil edilmişdir və heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin qeydiyyatı üçün ilkin olaraq lisenziya alınması tələb olunur. Lisenziyanın verilməsi üçün "Dövlət rüsumu haqqında qanunla müəyyən edilmiş miqdarda dövlət rüsumu ödənilməlidir.
Heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin qeydiyyatı ayrıca qaydalarla deyil, lisenziya verən orqanın (İqtisadiyyat Nazirliyinin) "Lisenziyalar və icazələr haqqında" qanuna uyğun olaraq təqdim etdiyi məlumatlar əsasında lisenziya verilmiş fəaliyyət növü üzrə müvafiq nəzarət orqanı (Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi) tərəfindən həyata keçiriləcək və qeydiyyatla bağlı yaranan xərclər ləğv ediləcək.