I və IV ixtisas qrupları üzrə imtahanların cavabları təqdim olunub

I və IV ixtisas qrupları üzrə imtahanların cavabları təqdim olunub

01 İyun 2025

Saat 15:00-da Dövlət İmtahan Mərkəzinin (DİM) yutubdakı kanalı vasitəsilə canlı yayım edilib və mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat verilib, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, abituriyentlər suallarını yutubda yerləşdirilən müvafiq linkin altına yaza bilərlər.

İyunun 2-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 2 həftədən sonra elan olunması nəzərdə tutulur.