Kimlərə ömürlük azadlıqdan  məhrumetmə cəzası təyin edilmir? -

Kimlərə ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilmir? - HÜQUQ MƏSLƏHƏTİ

23 Avqust 2024

Sual: Qanunvericiliyə əsasən kimlərə ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilmir?

Cavab: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən qadınlara, cinayət törədərkən on səkkiz yaşı tamam olmamış şəxslərə, habelə hökm çıxarılanadək altmış beş yaşına çatmış kişilərə ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilmir.

Sualı cavablandırdı: Naxçıvan şəhər prokurorunun köməkçisi II dərəcəli hüquqşünas - Aygül Əsədova