MSK sədri və Baş prokurorun aylıq vəzifə maaşı artırılıb
Mərkəzi Seçki Komissiyası sədrinin aylıq vəzifə maaşı artırılıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Prezident İlham Əliyev bununla bağlı Mərkəzi Seçki Komissiyası üzvlərinin vəzifə maaşlarının müəyyən edilməsi haqqında 2007-ci il 22 yanvar tarixli 1893 nömrəli sərəncamında dəyişiklik edib.
Bundan başqa, "Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 8 oktyabr tarixli 1054 nömrəli Sərəncamında edilən dəyişikliklə Baş prokurorun aylıq vəzifə maaşı artırılıb.
Bu Fərman 2026-cı il yanvarın 1-dən tətbiq edilir.








