Naxçıvanda bəzi küçələrdə işıq olmayacaq
110/35/10 kilovoltluq "Naxçıvan" yarımstansiyasından qidalanan 20 nömrəli 10 kilovoltluq hava elektrik verilişi xətti aparılan təmir işlər ilə əlaqədər sifarişə əsasən açılacaq.
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, bu baxımdan dekabrın 11-i saat 15:00-dan 16:00-a qədər Naxçıvan şəhərində, "Nəcməddin Naxçıvani", "Səməd Vurğun", "Vüqar Abbasov" küçələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq.








