Naxçıvanda mayın 20-nə olan hava proqnozu

Naxçıvanda mayın 20-nə olan hava proqnozu

20 May 2025

Naxçıvan Muxtar Respublikasında mayın 20-nə gözlənilən hava proqnozu açıqlanıb.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, muxtar respublikada hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı və yüksək dağlıq ərazilərdə duman olacağı gözlənilir. Qərb küləyinin sürətinin 5-10 m/s arasında dəyişəcəyi, bəzi ərazilərdə isə arabir güclənəcəyi ehtimal olunur. Havanın temperaturunun gecə saatlarında 9-14° isti, gündüz isə 25-30° isti olacağı bildirilir.