
Naxçıvanın bir hissəsində qaz təchizatı dayandırılacaq
159 mm boru korroziyaya uğradığı üçün yeraltı xəttin yerüstü xətlə dəyişdiriməsi ilə əlaqədar və arka verilməsi məqsədilə qaz təchizatı Naxçıvan şəhər Qaraxanbəyli, Bulqan, Qaraçux kəndlərində FHN-nin Mülki Müdafiə alayı və 2 ədəd N saylı hərbi hissədə iyun ayının 3-ü saat 14:00 dan saat 17:30 dək müvəqqəti dayandırılacaq.Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, təbii qazın dayandırıldığı müddət ərzində, qaz cihazlarını nəzarətdə saxlamağınızı və təhlükəsizlik qaydalarına riayət etməyinizi sizdən xahiş edirik!