Nikahdan kənar doğulan uşağa görə aliment necə tələb edilə bilər? -

Nikahdan kənar doğulan uşağa görə aliment necə tələb edilə bilər? - HÜQUQ MƏSLƏHƏTİ

16 Noyabr 2026

Sual: Nikahdan kənar doğulan uşağa görə aliment necə tələb edilə bilər?

Cavab: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46-cı maddəsinə əsasən, valideynlər nikahda olmadıqda, uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə valideynlərin birgə ərizəsi, atanın ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında aparılır.

Atalığın müəyyən edilməsi barədə valideynlərin birgə ərizəsi və ya məhkəmə qətnaməsi olmadıqda, uşağın doğum haqqında şəhadətnaməsində atasının soyadı əvəzinə ananın soyadı qeyd olunur. Uşağın atasının və babasının adı isə ananın göstərişi əsasında yazılır.

Sual Culfa Rayon Prokurorluğunun müstəntiqi, III dərəcəli hüquqşünas Məhəmməd Əliyev  tərəfindən cavablandırıldı.