Ötən il neçə erkən evliliyin qarşısı alınıb?

Ötən il neçə erkən evliliyin qarşısı alınıb?

06 Yanvar 2026

2025-ci ildə Dövlət Komitəsi və Dövlət Komitəsinin tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 60 erkən evlilik halı ilə bağlı araşdırmalar aparılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, aidiyyəti qurumlarla birgə 41 erkən evlilik halının qarşısı alınıb, 12 fakt təsdiqini tapmayıb.