
Şərur rayonunun bir neçə kəndində qaz təchizatı müvəqqəti olmayacaq
159 mm boruda sızma aşkar olunması ilə əlaqədar təmir işləri aparılması məqsədilə qaz təchizatı Şərur rayon Kürçülü, Kürkənd, Alışar, Muğanlı, Qorçulu, Şəhriyar və Yengicə kəndlərində iyulun 14-ü saat 14:00-dan müvəqqəti dayandırılacaq.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.
Təbii qazın dayandırıldığı müddət ərzində, qaz cihazlarını nəzarətdə saxlamağınızı və təhlükəsizlik qaydalarına riayət etməyinizi sizdən xahiş edirik!