Təhlükəsizlik boşluqları aşkarlanmış dövlət informasiya resurslarının sayı artıb

Təhlükəsizlik boşluqları aşkarlanmış dövlət informasiya resurslarının sayı artıb

06 Yanvar 2026

Ötən il Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin apardığı audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində dövlət qurumlarının 1 264 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanaraq, aradan qaldırılması üçün müvafiq bildirişlə dövlət qurumlarına göndərilib.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü illə müqayisədə 47,5 % çoxdur.

Təkcə ötən ay isə 86 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da 1 il əvvələ nisbətən 24,6 % çoxdur.

2024-cü ildə dövlət qurumlarının 857 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da əvvəlki illə müqayisədə 23 % çoxdur.