
Tramp: Azərbaycan və Ermənistan liderləri bu gün mühüm sənəd imzalayırlar - FOTO
Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın baş naziri Nikol Paşinyanı belə mühüm sənədi imzalamaq üçün Vaşinqtona gəlmələri münasibətilə təbrik edirəm.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp liderlərlə üçtərəfli görüşdə deyib.
"Bir çox vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinə son qoymağa çalışdılar və hamısı uğursuz oldu. Nəhayət, bu gün bu, bitəcək", - Tramp bildirib.