10 ilin peşəkarlığına hörmətlə

10 ilin peşəkarlığına hörmətlə

22 May 2025

Hörmətli "NAXÇIVANXƏBƏRLƏRİ" kollektivi!

Sizi informasiya məkanındakı fəaliyyətinizin 10 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm!

Ötən illər ərzində nümayiş etdirdiyiniz peşəkarlıq, operativlik, dəqiqlik və qərəzsiz yanaşma nəticəsində cəmiyyətin dərin etimadını qazanmış, informasiya sahəsində nüfuzlu mövqe əldə etmisiniz. Obyektiv və dolğun məlumatların ictimaiyyətə çatdırılmasında, eyni zamanda medianın inkişafına verdiyiniz töhfələr təqdirəlayiqdir.

Sizə gələcək fəaliyyətinizdə daha böyük uğurlar, yenilikçi ideyalar, güclü komanda ruhu və davamlı nailiyyətlər arzulayıram. Əminəm ki, qarşıdakı illərdə də "NAXÇIVANXƏBƏRLƏRİ" ölkə mediasında etibarlı və nüfuzlu mənbə olaraq öz mövqeyini daha da möhkəmləndirəcək.

Yubileyiniz mübarək olsun!

Hörmətlə,
Əlövsət Hüseynquliyev
AŞPA-nın üzvü statusuna malik olan
Beynəlxalq Antiterror Birliyi prezidentinin müşaviri