Ağdam Sənaye Parkında yeni rezident qeydə alınıb
Ağdam Sənaye Parkının yeni rezidenti plastik tullantıların təkrar emalı, qofra və yüksək təzyiqə davamlı polietilen boru istehsalı layihəsi həyata keçirəcək.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib.
Məlumata əsasən, "Ceer Plastik" MMC-yə Agentliyin idarəçiliyində olan Parkın rezidenti statusu verilib.
Layihənin investisiya dəyəri 5 milyon manatdır.
İndiyə qədər Ağdam Sənaye Parkında 31 sahibkarlıq subyektinə rezidentlik, 5 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Parkda həyata keçirilən layihələr üzrə sahibkarlar tərəfindən indiyədək 172 milyon manatdan çox investisiya qoyulub, 1 000-dən artıq iş yeri yaradılıb. Rezidentlərin sayına görə ölkə üzrə 2-ci yerdə olan Parkda istehsal olunan məhsullar yerli tələbata yönləndirilməklə yanaşı, ixrac olunur.








