Ağdaş rayonu Kotanarx kənd məktəbinə Fikrət Qocanın adı verilib
Ağdaş rayonu Kotanarx kənd tam orta ümumtəhsil məktəbinə Azərbaycanın Xalq şairi Fikrət Qocanın adı verilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Elm və Təhsil Nazirliyi və Ağdaş Rayon İcra Hakimiyyətinə bu Qərardan irəli gələn məsələləri həll etmələri tapşırılıb.








