Naxçıvanda bəzi ərazilərdə içməli suyun verilməsində fasilə olacaq

Naxçıvanda bəzi ərazilərdə içməli suyun verilməsində fasilə olacaq

10 Fevral 2026

6-cı məhəllələri və Hacıniyyət kəndini içməli su ilə təmin edən magistral xətdə baş verən qəzanın aradan qaldırılması ilə əlaqədar bu gün saat 23:00-dan etibarən həmin ərazilərin bəzi ünvanlarında suyun verilməsində müvəqqəti fasilə yaranacaq.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə  bildirilib ki, qəzanın aradan qaldırılması istiqamətində işlər aparılır. Təmir-bərpa işləri yekunlaşdırıldıqdan sonra içməli suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.

Məsələ ilə bağlı əlavə məlumat almaq istəyən vətəndaşlar İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin “545-01-93” nömrəli Çağrı Mərkəzinə (7/24) müraciət edə bilərlər.