Ali Məclis Strasburqda Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresində - FOTO
31 mart – 2 aprel 2026-cı il tarixlərində Strasburqda Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 50-ci sessiyası keçirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, beynəlxalq tədbirdə Azərbaycan nümayəndələri də iştirak edirlər. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.
Sessiyanın müzakirələrinin mərkəzində müasir demokratiyanın üzləşdiyi ciddi çağırışlar - böhran vəziyyətində yerli demokratiya, təhlükəsizlik və müdafiə, regional inkişaf, yeni texnologiyalar və sosial hüquqlar kimi məsələlər dayanır.
Qeyd edək ki, konqresin 50-ci sessiyası gündəlikdəki məsələlərlə bağlı müzakirə və çıxışlarla davam edir.












