Azərbaycan millisi Gümüş Avropa Liqasının oyunları üçün İsveçə yollanıb

Azərbaycan millisi Gümüş Avropa Liqasının oyunları üçün İsveçə yollanıb

05 İyun 2025

Gümüş Avropa Liqasında çıxış edən kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün ilk turun oyunları üçün İsveçə yola düşüb.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Yığma yarışdakı ilk oyununu iyunun 6-da ev sahibi İsveç millisinə qarşı keçirəcək. Komandamızın növbəti qarşılaşması isə iyunun 7-də baş tutacaq. Həmin gün rəqibimiz Gürcüstan kollektivi olacaq.

Qeyd edək ki, millimizin Avropa Gümüş Liqasındakı ikinci tur oyunları 13-15 iyun tarixlərində Azərbaycanda, üçüncü tur isə 20-22 iyun tarixlərində Farer adalarında təşkil olunacaq.