Azərbaycanda 9 ayda nəqliyyat dəhlizləri ilə daşınmış yükün həcmi açıqlanıb

Azərbaycanda 9 ayda nəqliyyat dəhlizləri ilə daşınmış yükün həcmi açıqlanıb

22 Noyabr 2026

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan keçən nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 12081,7 min ton yük daşınıb.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə dəniz nəqliyyatı ilə 5370,1 min ton və avtomobil nəqliyyatı ilə 8490,6 min ton yük daşınıb.

"Cənub-Qərb" nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 447 min ton, "Şimal-Qərb" ilə 3886,9 min ton, "Şimal-Cənub" ilə 6867,2 min ton, "Şərq-Qərb" ilə 14741,3 min ton, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə 7507,2 min ton təşkil edib.

Dəmir yolu nəqliyyatı ilə daşınmış yüklərin 47 %-ni, avtomobil nəqliyyatı ilə daşınmış yüklərin 46,6 %-ni tranzit yüklər təşkil edib.