Azərbaycanda unun topdansatış qiymətləri açıqlanıb

Azərbaycanda unun topdansatış qiymətləri açıqlanıb

07 Aprel 2026

Aprelin 3-nə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 26,1-28,6 manat arasında dəyişib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, unun ən aşağı topdansatış qiyməti 26,1 manat olmaqla Şabran rayonunda, ən yüksək topdansatış qiyməti 28,6 manat olmaqla Gəncə şəhərində qeydə alınıb.