Azərbaycandan keçməklə Ermənistana gübrə və buğda göndəriləcək

Azərbaycandan keçməklə Ermənistana gübrə və buğda göndəriləcək

28 May 2026

Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda və gübrə göndəriləcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu ölkəyə 4 vaqon buğda və 4 vaqon gübrə tədarük olunacaq.

Qatar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşəcək, Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.