"AzərEnerji" Naxçıvanda 114 milyon manata yarımstansiya tikəcək
"AzərEnerji" ASC "Naxçıvan" yarımstansiyasının tikintisinə hazırlaşır.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tikinti işlərinə 113,675 milyon manat xərclənəcək.
Yarımstansiyanın gücü 330/110/10 kV olacaq.
Tikinti işlərini "Azconstruction" QSC aparacaq.








