Culfada kanaldan cəsədi tapılan şəxsin kimliyi məlum olub

Culfada kanaldan cəsədi tapılan şəxsin kimliyi məlum olub

02 May 2026

Culfa rayonunun Yaycı kəndi ərazisindən keçən kanalda cəsəd aşkarlanıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat  verir ki, cəsəd Ordubad rayon Baş dizə kənd sakini, 1957-ci il təvəllüdlü Rəbahət Əsəd qızı Bayramovaya məxsusdur.

Faktla bağlı Ordubad Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, cəsəd FHN-in xüsusi riskli xilasetmə xidmətinin əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.