Gələn il yaşayış minimumu və ehtiyac meyarı nə qədər olacaq?
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ" -nə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib.
Onun sözlərinə görə, gələn il yaşayış minimumu və ehtiyac meyarının məbləği 314 manat olacaq.
"Yaşayış minimumu və ehtiyac meyarının yuxarı həddi cari ildəkindən 14 manat artacaq. Artıq 4 ildir, ehtiyac meyarı yaşayış minimumuna bərabərləşib və belə davam edir. Bu yaxşı göstəricidir" - deyə, komitə sədri əlavə edib.
Qeyd edək ki, bundan əvvəl yaşayış minimumu və ehtiyac meyarının məbləği 300 manat olub.








