İki zəvvar təyyarəsi Həcc ziyarətinə yola düşdü

İki zəvvar təyyarəsi Həcc ziyarətinə yola düşdü

18 May 2026

Bu gün zəvvarları daşıyan növbəti iki təyyarə Azərbaycandan Həcc ziyarətinə yola düşüb.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

“Bu gün üçüncü və dördüncü zəvvar təyyarələri Həcc ziyarətinə yola düşüb”, - o bildirib.

Qeyd edək ki, 2026-cı ildə bir nəfər üçün Həcc ziyarət paketinin qiyməti 6100 ABŞ dolları müəyyən edilib.