İşdən çıxarılarkən işdə saxlanmağa kimlər üstünlük qazanır? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: İşdən çıxarılarkən işdə saxlanmağa üstünlüyü olan şəxslər kimlərdir?
Cavab: Azərbaycan Respublikasının əmək qanunvericiliyinə əsasən, işçilərin ixtisas və peşəkarlıq səviyyələri eyni olduqda işdə saxlanmağa üstünlük aşağıdakı şəxslərə verilir:
şəhid ailəsi üzvlərinə;
müharibə iştirakçılarına;
hərbi qulluqçuların həyat yoldaşlarına;
iki və daha çox azyaşlı uşağı olan şəxslərə;
istehsalat qəzası nəticəsində əlilliyi olan şəxslərə;
məcburi köçkünlərə və qaçqınlara.
Bundan əlavə, kollektiv və əmək müqavilələrində işdə saxlanmağa üstünlüyü olan digər kateqoriyalar da müəyyən edilə bilər.
Sualı cavablandırdı: Ordubad rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor - Ülvi Hüseynov








