İyulun 3-də Naxçıvanda hərrac keçiriləcək

İyulun 3-də Naxçıvanda hərrac keçiriləcək

05 İyun 2025

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən 8 torpaq sahəsinin mülkiyyətə, 5 torpaq sahəsinin isə icarəyə verilməsi üçün bələdiyyə mülkiyyətində olan 13 torpaq sahəsi hərraca çıxarılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, hərraca çıxarılan torpaq sahələrində müxtəlif biznes sahələrinin yaradılması nəzərdə tutulur.

Torpaq sahələrinin hərracında iştirak etmək üçün sifarişlər Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 06 ünvanında yerləşən “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin inzibati binasında qəbul olunur.

Hərracla bağlı daha ətraflı məlumatı Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin rəsmi saytlarından əldə etmək olar.