Mina partlayışının qurbanı olan ANAMA-nın əməkdaşı dəfn edilib
İşğaldan azad edilmiş Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində mina partlayışı nəticəsində həlak olan Muğan Mətilinin nəşi torpağa tapşırılıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, ANAMA-nın əməkdaşı, 1995-ci il təvəllüdlü Muğan Rəfayıl oğlu Mətilinin nəşi Bala Bəhmənlidə ailəsinin yaşadığı ünvana gətirilib və vida mərasimi olub.
Sonra Muğan Mətilinin nəşi Bala Bəhmənlidə qəbiristanlıqda torpağa tapşırılıb.








