"Brent" markalı neft 10 dollar ucuzlaşıb

"Brent" markalı neft 10 dollar ucuzlaşıb

17 Aprel 2026

Londonun "ICE Futures" birjasında "Brent" markalı neftin iyun fyuçerslərinin qiyməti Hörmüz boğazının açılması barədə bəyanatlardan sonra ucuzlaşmaqda davam edir.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ" "İnterfaks"a istinadən xəbər verir.

Cümə günü Moskva vaxtı ilə saat 16:47-yə (Bakı vaxtı ilə 17:47-yə) olan vəziyyətə görə, Brent 10 ABŞ dolları (10,06%) ucuzlaşaraq bir barel üçün 89,39 ABŞ dollarına düşüb.