Mülki prosessual hüquqda Vəkilin prosesdə məcburi iştirakı nəzərdə tutulubmu? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Mülki prosessual hüquqda Vəkilin prosesdə məcburi iştirakı nəzərdə tutulubmu?
Cavab: Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər.
Sual Naxçıvan şəhər prokurorunun böyük köməkçisi kiçik ədliyyə müşaviri Elməddin Bağırov tərəfindən cavablandırılıb








