Naxçıvan Ali Məclisinin növbəti iclasının gündəliyi açıqlanıb
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci çağırış üzrə 2026-cı il yaz sessiyasının növbəti iclasının gündəliyi müəyyənləşib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Ali Məclisin 21 aprel tarixində keçiriləcək altıncı iclasında bir sıra qanun layihələrinin müzakirəsi nəzərdə tutulur.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
“Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi (üçüncü oxunuş)
“Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi (ikinci oxunuş)
Qeyd edək ki, müzakirəyə çıxarılan layihələr Ali Məclisin fəaliyyətinin hüquqi bazasının təkmilləşdirilməsinə yönəlib.








