
Naxçıvanda Habil Qasımovun solo konserti keçiriləcək
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və Naxçıvan Dövlət Filarmoniyasının təşkilatçılığı ilə 29 may 2025-ci il tarixdə, saat 19:00-da tanınmış vokal ifaçısı, Naxçıvan Dövlət Filarmoniyasının solisti Habil Qasımovun solo konserti keçiriləcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat Konsert Naxçıvan Dövlət Filarmoniyasının səhnəsində baş tutacaq. Gecədə Habil Qasımovu Filarmoniyanın Mahnı və Rəqs Ansamblı müşayiət edəcək. Ansamblın bədii rəhbəri Azərbaycan Respublikasının Əməkdar Artisti Zeynalabdin Babayev, konsertmeysteri isə Əşrəf Behbudovdur.
Konsertə biletləri Naxçıvan Dövlət Milli Dram Teatrının kassasından və iticket.az platforması vasitəsilə onlayn əldə etmək mümkündür.