
Naxçıvanda istehsal olunan Yaşıl enerji Avropaya çatdırıla bilər – Türkiyəli nazir
Bu gün keçirilən Bakı Enerji Həftəsi çərçivəsində Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Alparslan Bayraqdar Naxçıvanda istehsal olunacaq alternativ enerjinin Türkiyə üzərindən Avropaya ötürülməsi istiqamətində danışıqların davam etdirildiyini bildirib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, nazirin sözlərinə görə, Azərbaycan və Türkiyə arasında enerji layihələrinin inkişafı hazırda əsas müzakirə mövzularındandır:
“Türkiyə və Azərbaycan özəlliklə bölgənin enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Bu sahədəki əməkdaşlığımız təkcə iki ölkə üçün deyil, bütövlükdə region üçün müsbət nəticələr doğurur".
Bayraqdar əlavə edib ki, elektrik enerjisinin Azərbaycandan Türkiyəyə Gürcüstan üzərindən ixracı artıq həyata keçirilir və bu xətt 250 meqavatlıq gücə malikdir.
Nazir gələcək planlara da toxunaraq bildirib:
“Önümüzdəki dövrdə Naxçıvanda istehsal ediləcək yaşıl enerjini Türkiyə üzərindən Avropaya ötürə bilərik".
Qeyd edək ki, Naxçıvan Azərbaycanın yaşıl enerji zonası elan edilib.