Avropa Komissiyası ilə təbii qaz və “yaşıl enerji” sahələrində əməkdaşlığın inkişafı müzakirə edilib -

Avropa Komissiyası ilə təbii qaz və “yaşıl enerji” sahələrində əməkdaşlığın inkişafı müzakirə edilib - FOTO

02 İyun 2025

Energetika naziri Pərviz Şahbazov 30-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi və Bakı Enerji Forumunda iştirak məqsədilə Bakıda səfərdə olan Avropa Komissiyasının Enerji  üzrə Baş Direktorluğunda enerji platforması və beynəlxalq əlaqələr üzrə direktor Kristina Lobillo Borrero ilə görüşüb. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüşdə Azərbaycanla Avropa İttifaqının strateji enerji tərəfdaşlığının enerji təhlükəsizliyinin təminatındakı rolundan bəhs edilib. Bu tərəfdaşlığın inkişafı üçün geniş potensialın olduğu qeyd edilib. Azərbaycandan Avropaya təbii qaz və bərpa olunan enerji enerjinin tədarükü ilə bağlı infrastrukturların inkişafı ilə bağlı məsələlər nəzərdən keçirilib. Bu xüsusda “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin Avropa Elektrik Ötürücü Sistem Operatorları Şəbəkəsinin (ENTSO-E) 10 illik inkişaf planına (TYNDP) daxil edilməsi prosesi, həmçinin “Azərbaycan - Gürcüstan - Türkiyə - Bolqarıstan”, “Mərkəzi Asiya - Azərbaycan” yaşıl enerji interkonnektorları layihələri ilə bağlı məsələlər müzakirə edilib.  

Görüş zamanı yaxın günlərdə Brüsseldə keçiriləcək Azərbaycan-Aİ Yüksək Səviyyəli Enerji Dialoqunun 3-cü iclasının gündəliyindəki prioritet məsələlər barədə də fikir mübadiləsi aparılıb.