Naxçıvanda kənd təsərrüfatı məhsulu istehsalı artıb

Naxçıvanda kənd təsərrüfatı məhsulu istehsalı artıb

15 May 2026

Cari ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında 63 milyon 433 min 500 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub.

“NAXÇIVANXƏBƏRLƏRİ” məlumat verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, istehsal olunan məhsulun 4 milyon 430 min 700 manatı bitkiçilik, 59 milyon 2 min 800 manatı isə heyvandarlıq sahəsinin payına düşüb.

Qeyd olunub ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 0,5 faiz artıb.