Naxçıvanın xarici ticarət dövriyyəsi 47 milyon dolları ötüb

Naxçıvanın xarici ticarət dövriyyəsi 47 milyon dolları ötüb

15 May 2026

Cari ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsi 47 milyon 119 min 220 ABŞ dolları təşkil edib.

“NAXÇIVANXƏBƏRLƏRİ” məlumat verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, ticarət dövriyyəsinin 4 milyon 515 min 980 dollarını və ya 9,6 faizini ixrac olunan məhsulların, 42 milyon 603 min 240 dollarını və ya 90,4 faizini isə idxal məhsullarının dəyəri təşkil edib.

Qeyd olunub ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 18,4 faiz artıb. Bu dövrdə idxal 16,9 faiz, ixrac isə 35,5 faiz yüksəlib.