
Naxçıvanda nazirlik əməkdaşlarına medal və vəsiqələr təqdim edilib - FOTO
İyulun 25-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən təltif olunan Nazirlik əməkdaşlarına vəsiqə və medallar təqdim olunub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən Nazirlik Aparatının baş məsləhətçiləri Babayev Mahir Məzahim oğlu “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə”, Məmmədov Novruz Namidər oğlu “Rəşadətli əməyə görə”, Babək Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Eyvazov Rasim Qoşnəli oğlu isə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunublar.