Naxçıvanda şəhid övladının əldə etdiyi yüksək nəticə böyük qürur hissi doğurur

Naxçıvanda şəhid övladının əldə etdiyi yüksək nəticə böyük qürur hissi doğurur

15 May 2026

Dövlət İmtahan Mərkəzi tərəfindən 19 aprel 2026-cı il tarixində XI sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanında Şərur şəhər 1 nömrəli tam orta məktəbin məzunu, şəhid kapitan Elnur Cəfərovun övladı Məhəmməd Cəfərov yüksək nəticə göstərərək 282 bal toplayıb.

"NAXÇIVANXƏBƏRLƏRİ"  məlumat verir ki, buraxılış imtahanında  Şərur rayonunun ümumtəhsil məktəbləri üzrə şagirdlər arasında ən yüksək nəticəni də məhz Məhəmməd Cəfərov  göstərib.

Bu uğur həm əzmkarlığın, həm də Vətənə xidmət ruhunda formalaşan gəncliyin parlaq nümunəsidir.

Məhəmmədi ürəkdən təbrik edir, gələcək təhsil həyatında ona yeni-yeni nailiyyətlər arzulayırıq!