Naxçıvanlı atlet Əmrah Nağıyev “Qələbə Qaçışı”nın qalibi oldu -

Naxçıvanlı atlet Əmrah Nağıyev “Qələbə Qaçışı”nın qalibi oldu - FOTO

31 Avqust 2025

Avqustun 29-u Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və “Zəfər Qaçış Klubu”nun təşkilatçılığı ilə Bakı Dənizkənarı Bulvarında “İdman Könüllülüyü Günü”nə həsr olunmuş 10 km məsafəyə qaçış yarışı keçirilib. Yarışa 250-yə yaxın peşəkar və həvəskar atlet qatılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, atletika üzrə milli komandanın üzvü, Naxçıvan təmsilçisi Əmrah Nağıyev məsafəni 32 dəqiqə 40 saniyəyə qət edərək yarışı birinci yerdə başa vurub. Avsəddin Əliyev ikinci, Həsənağa Əlizadə isə üçüncü yeri tutub.

Qadınlar arasında isə Leyla Abdinova birinci olub. FHN xilasedicisi Leyla Əliyeva ikinci, Liliya Smirnova isə üçüncü yeri tutub.