Ötən il Azərbaycanda meyitdən orqan köçürülməsinə razılıq verən ailələrin sayı açıqlanıb
Ötən il Azərbaycanda 12 nəfərə vəfat edən şəxsdən ailəsinin razılığı ilə böyrək, 9 nəfərə isə qaraciyər köçürülüb.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin həkimi Mircəlal Kazımi məlumat verib.
Onun sözlərinə görə, ötən il ümumilikdə 65 nəfərə böyrək, 51 nəfərə isə qaraciyər transplantasiyası əməliyyatı icra olunub:
"Böyrək transplantasiyası icra olunan şəxslərdən ikisi, qaraciyər transplantasiyası olunanlardan isə üçü uşaq olub".
Xatırladaq ki, 2025-ci il fevralın 24-də Azərbaycanda ilk dəfə meyit donordan alınan orqan köçürülməsi həyata keçirilib. 2025-ci il oktyabrın 31-də isə Qafqaz regionunda ilk dəfə olaraq Azərbaycanda meyit donorun ürəyi transplantasiya edilib.








