Ramilə Seyidova Şərur rayon Zeyvə kəndində vətəndaşları qəbul edəcək
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidovanın yanvarın 25-i saat 10:00-da Şərur rayonunun Zeyvə kəndində icra nümayəndəliyinin inzibati binasında vətəndaşlarla görüşü nəzərdə tutulub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Ailə, qadın və uşaq məsələsi ilə bağlı müraciət etmək istəyən vətəndaşlar qəbulda iştirak edə bilərlər.









