Samir Şərifovla Alibek Bakayev arasında görüş keçirilib
Xarici işlər nazirinin müavini Samir Şərifov və Qazaxıstan xarici işlər nazirinin müavini Alibek Bakayev arasında görüş keçirilib.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gündəliyində olan məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
2 aprel tarixində Bakı şəhərində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşünün keçirilməsi yüksək qiymətləndirilib. Bununla yanaşı, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.
Görüşdə eyni zamanda regional və beynəlxalq gündəliyin aktual məsələlərinə toxunulub.








