ŞKTR Baş naziri Azərbaycana səfərə gəlib - FOTO
Şimali Kipr Türk Respublikasının (ŞKTR) Baş naziri Ünal Üstel aprelin 1-də Azərbaycana səfərə gəlib.
"NAXÇIVANXƏBƏRLƏRİ"-verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov, mədəniyyət nazirinin müavini Fərid Cəfərov və digər rəsmi şəxslər qarşılayıblar.
Qeyd edək ki, cari ilin aprelin 2-də Bakıda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/vitse-prezidentinin ikinci görüşü keçiriləcək. Birinci toplantı ötən ilin sentyabrında Qırğızıstanın paytaxtı Bişkekdə baş tutmuşdu.









