Şöbə müdiri: Bənəniyar su anbarında artıq 2,5 milyon kubmetrdən çox su toplanıb
Ötən il quraqlıq səbəbindən minimum səviyyəyə enən, 17 milyon kubmetrdən artıq su tutumu olan Bənəniyar su anbarının doldurulması istiqamətində görülən tədbirlər müsbət nəticə verir.
Bu barədə “NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibəsində Culfa Su Meliorasiya Sistemlərinin İstismarı şöbəsinin müdiri Yaqub Məmmədov məlumat verib.
Onun sözlərinə görə, vaxtında həyata keçirilən müdaxilələr və yağıntıların yaratdığı bolsuluq fonunda Əlincə çayından su anbarına ötürülməsi üçün uzunluğu 7 kilometrdən artıq olan beton kanal çəkilib. Hazırda kanalın bir hissəsinin tikintisi başa çatdırılıb və saatda 600 litr suyun Əlincə çayından anbara daxil olması təmin edilib.
Yaqub Məmmədov bildirib ki, bu günədək anbara 2,5 milyon kubmetrdən artıq su toplanıb və doldurulma prosesi mərhələli şəkildə davam etdirilir.
Müsahibəni hazırladı:
Xosrov İbrahimov









