Sosial xidmət müəssisələrinə yerləşdirilən uşaqların sayı bəlli oldu

Sosial xidmət müəssisələrinə yerləşdirilən uşaqların sayı bəlli oldu

10 Yanvar 2026

2025-ci ildə 296 uşaq sosial xidmət müəssisələrinə yerləşdirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Qurumdan bildirilib ki, ötən il ərzində uşaqların sosial xidmət müəssisələrinə yerləşdirilməsi ilə bağlı daxil olan 528 müraciət 711 uşağı əhatə edib:

"Görülən sosial dəstək tədbirləri nəticəsində 275 uşağın ailə himayəsində saxlanılmasına nail olunub, yalnız son zərurət prinsipi əsasında 296 uşaq sosial xidmət müəssisələrinə yerləşdirilib. Eyni zamanda, 176 uşaq müəssisələrdən yenidən ailə himayəsinə qaytarılıb".