Tam iş vaxtı nədir? -

Tam iş vaxtı nədir? - HÜQUQ MƏSLƏHƏTİ

21 Sentyabr 2026

Sual: Tam iş vaxtı nədir və onun müddəti qanunvericilikdə nə qədər müəyyən olunub?

Cavab:  Tam iş vaxtı — Əmək Məcəlləsində  nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır.

Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz.

Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz.

Sual Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri Səttar Əsgərov tərəfindən cavablandırıldı.