İctimai işlər hansı şəxslərə tətbiq oluna bilməz?

İctimai işlər hansı şəxslərə tətbiq oluna bilməz? - HÜQUQ MƏSLƏHƏTİ

18 Sentyabr 2026

Sual: İctimai işlər hansı şəxslərə tətbiq oluna bilməz?

Cavab: 

1. orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə, əlilliyi olan uşaqlara;

2. hamilə qadınlara;

3. himayəsində üç yaşınadək uşağı olan qadınlara;

4. üç yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərə;

5. pensiya yaşına çatmış qadın və kişilərə;

6. hərbi qulluqçulara.  

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun

Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri Səttar Əsgərov