TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilib -

TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilib - YENİLƏNİB

18 Aprel 2026

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi İclasında iştirak və çıxış etməkdən məmnunluq duyur.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat  verir ki, C. Bayramov bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

"Günümüzün dəyişən geosiyasi mənzərəsində müntəzəm qeyri-rəsmi fikir mübadilələrinin və daha güclü regional əməkdaşlığın dəyərini xüsusi vurğuladım", - o bildirib və daha geniş, çevik və qarşılıqlı faydalı tərəfdaşlıqları təmin etməkdə təşkilat və müxtəlif əməkdaşlıq formatlarının rolu diqqətə çatdırılıb:

"Azərbaycan əlaqələndirilmiş və gələcəyə hesablanmış gündəliyi irəli aparmaq üçün qardaş ölkələrimiz və tərəfdaşlarımızla sıx əməkdaşlıq etməyə sadiq qalır".

https://x.com/Bayramov_Jeyhun/status/2045500935581860052/photo/1